Təsisçi

Direktor

Əliyeva Kəmalə Rasim qızı

image1

Əliyeva Kəmalə Rasim qızı
Direktor
1982-ci ildə Bakı şəhərində dünyaya gəlib.
1998-ci ildə Xarici Dillər Universitetinin tərcüməçi fakultəsinə daxil olub. 2002-ci ildə magistr dərəcəsi ilə həmin Universitetin məzunu olub.
Hələ 20 yaşında ikən “Iceberg” Tərcümə Mərkəzini təsis etmiş, 4 illik fəaliyyətdən sonra ailə vəziyyəti ilə əlaqədar olaraq, Mərkəzin fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
2008-ci ildə “Turan Air” aviaşirkətinə tərcüməçi kimi işə düzəlir.
2012-ci ildə “Azneftkimyamaş” ASC-nin “Maşınqayırma Texnologiyası İnstitutu” tərəfindən Beynəlxalq Əlaqələr şöbəsinə rəis vəzifəsinə dəvət olunur. 2015-ci ilə kimi burada şöbə rəisi vəzifəsində çalışır.
2015-ci ildə bir neçə aylıq “Konsis” Tərcümə Mərkəzinin marketinq meneceri kimi işləməyə başlayır.
2015-ci ilin sonlarında “Iceberg” Tərcümə Mərkəzinin fəaliyyətini bərpa edərək, idarə etməyə başlayır.
Tərcümə etdiyi layihələrə nümunə olaraq, aşağıda qeyd olunan layihələri göstərə bilərik:

–          World Bank Project “Judicial Modernization Project” by Centre for European Constitutional Law, Athens, Greece

–          Tacis Program (Support to ENSU and PSA Implementation in Azerbaijan) Project

–          Translation of legal draft in the field of International transportation

–          Tender for Training materials on career guidance

–          Tender for Training materials on Methodological Guidelines for CGC for Youth

–          Tender for Training materials on VET Opportunities

–          Air transportation rules of passengers, baggages and cargos

–          Program on Aviation Security, Quality System Manual, Maintenance Management Exposition etc.
Ailəlidir, 1 övladı var.

Hüquqşünas-tərcüməçi

Çinarə Mustafayeva

IMG_3911

Kommersiya hüququ üzrə mütəxəssisdir. Hüquqi, iqtisadi və kommersiya mövzusunda olan mətnlərin tərcüməsini çox böyük peşəkarlıqla həyata keçirir. Həm ingilis, həm də Azərbaycan dilində təhsil aldığı üçün, bu dillərə tərcümədə heç bir çətinliyi olmur. Hər iki dildə xüsusi terminlərin düzgün tərcüməsini verə bilir.

Tərcümə sahəsində 5 illik təcrübəsi vardır.

Tərcümə Şöbəsinin rəisi 

İsayeva Vüsalə

IMG_20151207_122037

1987-ci ildə anadan olub. 2005-ci ildə “Xəzər” Universitetinin tərcümə fakultəsinə daxil olmuş, 2009-ci ildə bu Universitetin məzunu olmuşdur.

2010-2015-ci illərdə “Azerimed” MMC-nin alış şöbəsinin rəisi işləmişdir.

Ailəlidir.

Tərcüməçi

Mətanət Həmidova 

c3934b07-e105-46e8-bc36-df9f83285786

1981-ci ildə, Bakı şəhərində dünyaya gəlib. “Odlar Yurdu” Universitetinin tərcüməçi fakultəsini bitirib.

2000-ci ildən bu günə kimi bir çox özəl şirkətlərdə tərcüməçi kimi fəaliyyət göstərib.

Azərbaycan, Rus və İngilis dillərini bilir.

Ailəlidir, 3 övladı var.