Haqqımızda

Əsas səhifə Haqqımızda

“Aysberq KMT” Təcümə Mərkəzi ilk dəfə 21 noyabr 2003-cü ildə təsis olunmuşdur. Təsis olunan zaman iki nəfər ofis işçisi, otuza yaxın frilans tərcüməçiləri var idi. Təklif etdiyi xidmətlər isə yalnız yazılı və ardıcıl tərcümə idi.
2003-cü ildən elə çox zaman keçməsə də, o vaxtlar internet həyatımızda indiki rolu oynamırdı. O zamanlar Azərbaycanda çox az şirkətin internet səhifəsi var idi, hətta hər şirkətin e-poçt ünvanı belə yox idi. O zamanlar şirkətlər arasında yeganə əlaqə vasitəsi telefon idi (şəhər, mobil telefon və faks). Frilansların əksəriyyətində kompüter belə yox idi. Və bunun nə demək olduğunu yəqin ki, təsəvvür edirsiniz. Tərcümə olunası sənədi frilansa təhvil vermək üçün, ya onu ofisimizdə gözləyirdik, ya da sənədi hard copy formasında tərcüməçiyə təhvil verirdik. Ən acınacaqlısı isə o idi ki, tərcüməçinin kompüteri yox idisə, tərcüməni əlyazma ilə yazıb, bizim ofisə gətirirdi və biz onu kompüterə köçürürdük. Şirkətlərlə yeni əlaqələrin qurulması da çətin idi. İndi email marketinq dediyimizi o vaxtlar faks marketinq əvəz edirdi. Promo materialı çox zaman faksla şirkətlərə göndərirdik. Bu gün isə… Faylı tərcüməçiyə göndərmək 1 klik qədər asandır. Texnologiyanın inkişafı bu gün tərcümə sahəsinə də öz təsirini göstərmişdir. Bu gün sifarişi göndərmək, qəbul etmək, ödəniş həyata keçirmək, hətta bir çox proqram təminatları sayəsində tərcümə prosesinin gedişatını onlayn izləmək belə mümkündür. Bununla yanaşı, bizim internet səhifəmizdə söz sayını göstərməklə və ya faylı yükləməklə, hədəf dili seçib, sifarişin qiymətini dərhal öyrənə bilərsiniz ki, bu da Azərbaycanda bu sahədə bir ilkdir.
“Aysberq KMT” Tərcümə Mərkəzinin bu gün istənilən dil istiqaməti üzrə və istənilən mövzuda birlikdə illərin təcrübəsini qazanmış, professional tərcüməçi bazası vardır. Fəaliyyət göstərdiyi illər ərzində xidmət sahəsi genişlənmişdir və bu gün təklif etdiyi xidmətlərə:

  • Yazılı tərcümə                     
  • Ardıcıl tərcümə
  • Sinxron tərcümə
  • Bələdçilik xidmətləri
  • Lokalizasiya
  • Sinxron tərcümə avadanlıqlarının icarəsi
  • Hostess xidmətləri
  • Məzmunun idarə edilməsi xidmətləri
  • Redaktə xidmətləri
  • Tərcümə kursları daxildir

Şirkətimizin əsas məqsədi gəlirdən çox müştəri əldə etməkdir. Məhz buna görə də fəaliyyət göstərdiyimiz illər ərzində istər yerli, istərsə də xarici bir çox nüfuzlu şirkətlər ilə əməkdaşlıq etmişik və bir çoxları ilə əməkdaşlığımız hələ də davam edir.

Bu 20 ili birlikdə addımladığımız həm tərcüməçilərimiz var, həm də müştərilərimiz... Nə yaxşı ki varsınız, əldə etdiyimiz hər uğuru Sizlərə borcluyuq... 


Sizi də bizim müştərilərimizin arasında görmək arzusu ilə!

 

Təsisçi direktor 

Kəmalə Rasimli